Beyləqan sakini həmyerlisinin sifətini bıçaqla yaralayıb

  • 15:52 - 27 İyul

Beyləqan sakini həmyerlisinin sifətini bıçaqla yaralayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Oxunma sayı: 7580

Oxşar yazılar