Avropa Olimpiya Komitələrinin vitse-prezidenti: "Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq"

  • 13:18 - 27 İyul

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etdi.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard festivalın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

N.Nayqard bildirib ki, Azərbaycanın çox gözəl idman məkanları var, eyni zamanda, könüllülər çox gözəl fəaliyyət göstərdi: "Festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Bakı turniri gənclərin idman yarışı tarixində özəl yer tutacaq".


Oxunma sayı: 12464

Oxşar yazılar