Azad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"

  • 11:41 - 27 İyul

Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov yarışın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır:
"İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq".

A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər: "İdmaçılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qane edir".
Nazir əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlər tamamilə satılıb.


Oxunma sayı: 9494

Oxşar yazılar