DSX-dan növbəti əməliyyat: 18 kq-dan çox narkotik ələ keçirildi

  • 12:06 - 26 İyul

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nar­kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

DSX-dən Avropa.info-ya verilən məlumata görə, 22 iyul 2019-cu il tarixdə Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.

22 iyul 2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb etmiş, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşya­larına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub.

Saxlanılmış şəxs­lərin şəxsiyyəti dəqiqləşdirilib, Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 12442

Oxşar yazılar