Nazir: "Avropa Gənclər Olimpiya Festivalından çoxlu sayda medal gözləyirik"

  • 11:35 - 26 İyul

Avropa Gənclər Olimpiya Festivalından çoxlu sayda medal gözləyirik.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, bəzi idman növləri üzrə yüksək nailiyyətə böyük ümid bəsləyirik:

"Çox istərdik ki, biz bu Festivalda daha çox idman növləri üzrə medallar qazanaq. Festivalın sonuna 2 gün qalıb. Bizim komandamız medal sayına görə 2-ci yerdədir. Azərbaycanın yarışın sonuna qədər medal sayına görə beşlikdən aşağı olmamasını istəyirik".


Oxunma sayı: 12178

Oxşar yazılar