Gələn il “Formula 1” yarışları iyunda keçiriləcək

  • 11:25 - 26 İyul

Azərbaycanda keçiriləcək növbəti "Formula 1" yarışlarının vaxtı açıqlanıb. 

Avropa.info-nun məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, Qran-Pri gələn il iyun ayının 7-də keçiriləcək. Nazirin sözlərinə görə, "Formula 1"in yeni təqvimi hələlik təsdiqlənməyib.  

Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-Prisi 26-28 aprel tarixlərində baş tutub.


Oxunma sayı: 8878

Oxşar yazılar