Gənclər və İdman Nazirliyinin yaranmasından 25 il ötür

  • 11:12 - 26 İyul

"Azərbaycanda gənclər siyasəti dövlət tərəfindən dəstəklənir. Bizim gənclər siyasətinin modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub və digər ölkələrə bir nümunə kimi nümayiş etdirilir".

Bunu Gənclər və İdman naziri Azad Rəhimov bildirib. 

Onun sözlərinə görə, 25 ildə gənclər sahəsində çox vacib layihələr həyata keçirilib, eyni zamanda idmanda böyük nailiyyətlər əldə olunub: "Bakı idman sahəsində çox böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərdə və olimpiadalarda idmançılarımız çoxlu sayda medal qazanıblar. Düşünürük ki, gələcəkdə bundan da yüksək nailiyyətlər əldə ediləcək".

Qeyd edək ki, iyulun 26-sı Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümüdür. Nazirlik Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanına əsasən, yaradılıb. Bu münasibətlə nazirliyin məsul əməkdaşları iyulun 26-da Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

1 / 8


Oxunma sayı: 5985

Oxşar yazılar