"Neftçi" Avropa Liqasında "Arsenal"ı səfərdə məğlub edib

  • 23:38 - 25 İyul

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

“Neftçi” klubu Rusiya “Arsenal”ı ilə üz-üzə gəlib.

İlk mərhələdə Moldova təmsilçisi “Speranta”nı darmadağın edən (3:0, 6:0) Roberto Bordinin yetirmələri Tula təmsilçisi ilə ilk qarşılaşmanı səfərdə keçirib. 

Bakılılar evdə çətinliklə üzləşməmək üçün səfərdə qənaətbəxş nəticəyə imza atıblar. "Ağ-qaralar" rəqiblərini 1:0 hesabı ilə məğlub ediblər. 

Görüşdə yeganə qolu 45-ci dəqiqəsində Dario Frederiko vurub. Bu qoldan sonra təzyiqi artıran Bakı təmsilçisi bir neçə epizodda fərqlənməyə yaxın olsa da, hesab dəyişməyib. "Arsenal" da təhlükəli epizodlarla diqqət çəkib. Lakin qapıçımız Səlahət Ağayevin inamlı çıxışı rəqibin fərqlənməsinə imkan verməyib. 

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də Bakıda olacaq. 

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi” - 0:1
QOL: Frederiko, 45
Baş hakim: Enea Yorqyi
"Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru Tudorie
Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Acoyev,  48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov,  71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 
7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə 
Baş məşqçi: Roberto Bordin
Tula. “Arsenal” mərkəzi stadionu

***

Saat. 22:02

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda ikinci hissə başlayıb.

 Tulada təşkil olunan matçın ilk 45 dəqiqəsindən sonra Bakı təmsilçisi 1:0 hesabı ilə irəlidədir. 

***

Saat. 21:48

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda fasilə yaranıb.

 Tulada təşkil olunan qarşılaşmanın ilk hissəsindən sonra Bakı təmsilçisi 1:0 hesabı ilə öndədir. 

***

Saat. 21:46

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda hesab açılıb.

 Tulada təşkil olunan qarşılaşmanın 45-ci dəqiqəsində Bakı təmsilçisi fərqlənib. Dario Frederikonun zərbəsi dəqiq olub. 

***

Saat. 21:00

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Topaz Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” klubu Rusiya “Arsenal”ı ilə üz-üzə gəlir. 

İlk mərhələdə Moldova təmsilçisi “Speranta”nı darmadağın edən (3:0, 6:0) Roberto Bordinin yetirmələri Tula təmsilçisi ilə ilk qarşılaşmanı səfərdə keçirir. Bakılılar evdə çətinliklə üzləşməmək üçün səfərdə də qənaətbəxş nəticəyə nail olmağa çalışırlar.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi”
Baş hakim: Enea Yorqyi
"Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru Tudorie
Ehtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Acoyev,  48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov,  71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 
7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə 
Baş məşqçi: Roberto Bordin
Tula. “Arsenal” mərkəzi stadionu


Oxunma sayı: 9747

Oxşar yazılar