Bakıda piyadanın ölümünə səbəb olan sürücü həbs edildi – Rəsmi

  • 17:42 - 24 İyul

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində ölümlə
nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya daxil olan birgə məlumatda qeyd olunur ki, bu il fevralın 9-da Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindəşəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi avtomobillə  naməlum kişini vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vəfat etmiş piyadanın şəxsiyyəti müəyyənləşdirilərək onun 1962-ci təvəllüdlü
Telman Bəhərçiyev olduğu müəyyən edilib. İstintaqla həmçinin, qeyd olunan yol nəqliyyat hadisəsinin «Nexia R3» markalı «90-PR-481» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağayev Namiq Qoşqar oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, iyulun 22-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 7118

Oxşar yazılar