
Toyda dəhşət ... Bəyi tapanca ilə vuraraq öldürdülər - Şok təfərrüat (Fotolar)
- 10:33 - 24 İyul
Türkiyədə bəy öz toyunda öldürülüb.
Avropa.info xəbər verir ki, hadisə Ankaranın Sincan rayonunda yaşanıb.
Toy mərasimi keçirilən Hüseyn Furqan Koca 27 yaşlı Məhəmməd G tərəfndən tapanca ilə vurularaq qətlə yetirilib. Polis 3 nəfəri saxlayıb, Məhəmməd G isə hadisə yerindən qaçıb.
İddiaya görə, qohumlar arasındakı qalmaqal toydan bir gün əvvəl keçirilən xına gecəsindən başlayıbmış. Toyda yenidən qalmaqal düşüncə Məhəmməd G ortalığı sakitləşdirmək üçün havaya atəş açıb. Lakin, istiqamətini dəyişən güllə bəy Hüseyn Furkan Kocaya dəyib.
Hüseyn Furkan Koca xəstəxanada həyatını itirib. Hadisəylə bağlı cinayət işi açılıb.
Avropa.info




