Bakı-2019: Azərbaycan zirvədəki mövqeyini qoruyub
- 23:50 - 22 İyul
Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 10 dəst medal sahibini tapıb.
Azərbaycan millisi günü 6 mükafatla başa vurub.
Güləşçilərimiz hesablarına 2 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə ediblər. Bununla da yığmanın aktivindəki medal sayı 10 çatıb. Komandamız 4 qızıl, 4 gümüş və 2 bürüncə sahibdir.
Bu göstərici yığmamıza festivalın iki günündən sonra medal siyahısına başçılıq etmək imkanı verib. Bir gün öncə də zirvədə qərarlaşan Azərbaycan mövqeyini qoruyub.
Qazanılan qızıl medalların sayını 3-ə çatdıran İtaliya 2-ci sırada yer alıb. Rusiya isə cədvəlin üçüncüsüdür.
Ümumilikdə 14 dəst medal oynanılıb ki, idmançılar 52 mükafata sahib çıxıblar. Bu medallara 16 ölkə təmsilçiləri yiyələnib. Bunlardan yarısı – 8 yığma üzvləri çempionluq sevinci yaşayıblar.
yer | ölkə | qızıl | gümüş | bürünc | Cəmi |
1 | Azərbaycan | 4 | 4 | 2 | 10 |
2 | İtaliya | 3 | 0 | 1 | 4 |
3 | Rusiya | 2 | 1 | 5 | 8 |
4 | Türkiyə | 1 | 1 | 1 | 3 |
5 | Rumıniya | 1 | 1 | 0 | 2 |
6 | Belarus | 1 | 0 | 5 | 6 |
7 | Xorvatiya | 1 | 0 | 0 | 1 |
7 | Böyük Britaniya | 1 | 0 | 0 | 1 |
9 | Gürcüstan | 0 | 4 | 2 | 6 |
10 | Almaniya | 0 | 1 | 2 | 3 |
10 | Macarıstan | 0 | 1 | 2 | 3 |
12 | İspaniya | 0 | 1 | 0 | 1 |
13 | Fransa | 0 | 0 | 1 | 1 |
13 | Yunanıstan | 0 | 0 | 1 | 1 |
13 | Latviya | 0 | 0 | 1 | 1 |
13 | Moldova | 0 | 0 | 1 | 1 |
Cəmi | 14 | 14 | 24 | 52 |