Azərbaycan gimnastı Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb

  • 18:35 - 21 İyul

Azərbaycan gimnastı Arzu Cəlilova yuniorlar arasında bədii gimnastika üzrə Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb.

A.Cəlilova topla fərdi hərəkətlərdə 19," bal toplayaraq gümüş medalın sahibi olub.

Qızıl medalı Rusiya təmsilçisi Lala Kramarenko (21,525 bal), bürünc medalı isə Belarus təmsilçisi Arina Krasnorutskaya (18,475 bal) qazanıblar.

Bundan əlavə, Azərbaycan gimnastı iplə fərdi hərəkətlərdə 14,4 bal toplayaraq bürünc medal qazanıb.

Rusiya təmsilçisi Anastasiya Simakova (20,6 bal) qızıl, İtaliya təmsilçisi Sofiya Raffaeli isə gümüş medalların sahibi olublar.


Oxunma sayı: 8306

Oxşar yazılar