Ərbildə türk diplomatı öldürənlərdən biri HDP-li millət vəkilinin qardaşı çıxdı

  • 15:49 - 19 İyul

İki gün əvvəl İraqın Ərbil şəhərində yerləşən restoranda törədilən sui-qəsd nəticəsində Türkiyə diplomatı öldürülmüşdü.

Avropa.info xəbər verir ki, İraq Regional Kürd Hökuməti polisi qatillərdən birinin 1992-ci ildə Diyabəkirdə doğulmuş Məzlum Dağ olduğunu açıqlayıb. Məzlum Dağın HDP-dən Diyarbəkir millət vəkili seçilmiş Dersim Dağın böyük qardaşı olması ortaya çıxıb.

İddiaya görə Məzlum Dağ bacısı Dersim Dağın millət vəkili olmasına terror təşkilatına təzyiq göstərib və bu səbəblə HDP-nin millət vəkili siyahısına yer alıb. Diyarbəkirdə qeydiyyatda olan Dağ ailəsinin İstanbulda yaşadığı bildirilir.


Oxunma sayı: 9780

Oxşar yazılar