Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib

  • 14:51 - 19 İyul

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Gənclər Olimpiya Festivalında Azərbaycan millisinin bayraqdarı müəyyənləşib.

APA -nın məlumatına görə, açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.

“Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Yarış zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.


Oxunma sayı: 11056

Oxşar yazılar