İraq polisi türk diplomatı öldürənlərdən birinin fotosunu yaydı

  • 10:43 - 19 İyul

Ərbil Polis İdarəsi Türkiyə Baş Konsulluğunun əməkdaşının öldürüldüyü sui-qəsdin təşkilatçılarından birinin şəxsiyyəti və fotosunu açıqlayıb.

Avropa.info xəbər verir ki, iki İraq vətəndaşının və bir türk diplomatın həyatını itirdiyi silahlı hücumun təşkilatçılarından biri 1992-ci ildə Diyarbəkirda doğulmuş Məzlum Dağ olduğu müəyyən edilib.

Sui-qəsdçinin fotosunu paylaşan polis idarəsi həmin şəxs haqda məlumatı olanların təhlükəsizlik qüvvələrinə xəbər verməsini istəyib. 

Qeyd edək ki, iki gün əvvəl İraq Kürd Regional Hökumətinin paytaxtı Ərbil şəhərində yerləşən restoranda təşkil olunan silahlı hücum nəticəsində Türkiyə baş konsulluğunun əməkdaşı güllələnmişdi. 


Oxunma sayı: 10231

Oxşar yazılar