"Formula 1": Böyük Britaniya Qran-prisi start götürür

  • 20:38 - 12 İyul

"Formula 1" üzrə mövsümün 10-cu Qran-prisi bu gün Böyük Britaniyanın Northemptonşir şəhərindəki "Silverstoun" trasında iki sərbəst yürüşlə start götürəcək. 
 

İyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla bitəcək. 

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 13 may 1950-ci ildə baş tutub. Bu, həm də "Formula 1" tarixinə birinci Qran-pri kimi düşüb. "Silverstoun" avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksək sürətli və çoxlu cəld döngələrə malikdir.


Oxunma sayı: 6095

Oxşar yazılar