"Barselona" transfer bombasını açıqladı
- 17:37 - 12 İyul
"Barselona" "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transfer edib.
Milli.az xəbər verir ki, kataloniyalıların saytı keçidi rəsmən açıqlayıb.
Bu transfer üçün "Barselona" 120 milyon avrosundan keçib. Fransalı futbolçu ilə 2024-cü ilə qədər müqavilə imzalanıb.
28 yaşlı futbolçunun sərbəst qalma dəyəri 800 milyon avro təyin edilib. Fransa millisinin üzvü 2014-cü ildən "Atletiko"da çıxış edirdi.