Belarusda qıza görə adam öldürən azərbaycanlı tələbəyə ağır qəza

  • 14:15 - 11 İyul

Belarusun Minsk şəhərinin Zavodskoy rayon məhkəməsi 18 yaşlı Azərbaycan vətəndaşı Rüstəm Rəhimova hökm oxuyub.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Aviasiya Akademiyasının tələbəsi olan Rüstəm Rəhimov 21 yaşlı Aleksey Krivoşeyi qətlə yetirməkdə təqsirli bilinərək, 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindən çəkəcək.

Hadisə 2018-ci il noyabrın 12-də Aviasiya Akademiyasının yaxınlığında baş verib. Aleksey Krivoşeyin onun keçmiş sevgilisi ilə görüşdüyünü öyrənən Rəhimov qısqanclığını boğa bilməyərək, opponentini görüşə çağırıb. Görüşə öz dostları ilə gələn tərəflər arasında qısa müddətdə başlayan dava zamanı Rüstəm Rəhimovun opponentini 10 dəfə ayaq və təpiklə vurduğu və sonra 1 dəfə bıçaqladığı müəyyən olunub.

Aleksey Krivoşeyin qanaxmadan keçindiyi bildirilib.


Oxunma sayı: 10935

Oxşar yazılar