Nardaran məhbusu azadlığa buraxıldı

  • 18:24 - 10 İyul

Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov azadlığa buraxılıb.

Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan məhbusun səhhətində ciddi problem olduğundan onun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi. Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Müalicə Müəssisəsində müraciətə baxaraq onun vaxtından əvvəl azad edilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs edilib. Lakin bir müddət sonra polis nəzarətinə buraxılıb. 2018-ci il iyulun 11-də məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib.


Oxunma sayı: 6744

Oxşar yazılar