Azərbaycanda dəhşətli qət: Qardaşı arvadını öldürdü, sonra...

  • 11:02 - 06 İyul

Abşeronda qətl törədilib.

APA -nın məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Fərhad Abdullayev qardaşının həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı başından bıçaqlayaraq qətlə yetirib. F.Abdullayev daha sonra bıçaqla özünə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən F.Abdullayev polis nəzarəti altındadır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Oxunma sayı: 9417

Oxşar yazılar