Xaçmaz rayon sakinini bıçaqlayan şəxs saxlanılıb

  • 19:45 - 05 İyul

Xudat şəhər sakini Elman Qasımovun boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xudat kənd sakini 27 yaşlı Məharət Qafarov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qısa zamanda saxlanılıb.

Əvvəllər də məhkum olunan M.Qafarov dindirilərkən törətdiyi əməli etiraf edib, E.Qasımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.


Oxunma sayı: 11067

Oxşar yazılar