Minsk-2019: Azərbaycan 9-cu pilləyə yüksəlib

  • 11:04 - 30 İyun

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının 9-cu günü başa çatıb.

Gün ərzində 28 dəst medal sahibi tapıb.

Bunlar ümumi medal sıralamasında yerdəyişmələrə səbəb olub. Azərbaycan yığmasının üzvləri günü 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Boksçu Alfonso Dominqes və karateçi Asiman Qurbanlı qızıl medal qazanıblar. Digər karateçilər İrina Zaretska gümüş, Roman Heydərov bürüncə yiyələnib.

Bununla da komandamızın hesabındakı medal sayı 24-ə çatıb. Bunlardan 5-i qızıl, 7-si gümüş, 12-si bürüncdür.

Yığmamız medal siyahısında bir pillə irəliləyərək 9-cu yerə qalxıb. Cədvələ isə Rusiya başçılıq edir. Belarus ikinci, İtaliya üçüncüdür.

Qeyd edək ki, 9 gün ərzində 164 dəst medal sahibini tapıb. 41 ölkə təmsilçisi medal, 31 yığma üzvü çempionluq sevinci yaşayıb.

yerölkəqızılgümüşbürünccəmi
1Rusiya39193593
2Belarus22142561
3İtaliya11131135
4Ukrayna10131437
5Hollandiya711725
6Almaniya761225
7Gürcüstan681428
8Fransa651122
9Azərbaycan571224
10İspaniya52613
11Macarıstan46414
12Portuqaliya36615
13Böyük Britaniya35816
14İsrail3317
15Yunanıstan3249
15İsveçrə3249
17Polşa31812
18İsveç3137
19Belçika3126
20Sloveniya3014
21Bolqarıstan27817
22Çexiya24612
23Rumıniya23510
24Xorvatiya2158
25Türkiyə14510
26Latviya1326
27Ermənistan1236
27Danimarka1236
27Serbiya1236
30Kosovo1113
31Litva1102
32Avstriya0235
33Estoniya0224
34İrlandiya0145
34Moldova0145
36Slovakiya0134
37Lüksemburq0112
38Bosniya və Herseqovina0101
39Finlandiya0011
39Norveç0011
39San-Marino0011
 Cəmi164164249577

Oxunma sayı: 6138

Oxşar yazılar