Boksçumuz final görüşünə çıxır - Minsk-2019

  • 11:42 - 29 İyun

Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunları davam edir.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan boksçusu  Alfonso Dominges final qarşılaşmasına çıxacaq. 

81 kq mübarizə aparan təmsilçimiz qızıl medal uğrunda Bencamin Vittakerlə (Böyük Britaniya) üz-üzə gələcək.

18:55. 81 kq, final

Alfonso Dominqes - Bencamin Vittaker (Böyük Britaniya)

Qeyd edək ki, milliləşdirilmiş boksçu finala qədər  Stefan Xrekul (Ukrayna), Mixail Dauhaliavets (Belarus), Ziad əl-Mohor (Belçika) və Simeone Fiorini (İtaliya) məğlub edib.


Oxunma sayı: 12650

Oxşar yazılar