Minsk-2019: Doqquzuncu günün gündəliyi

  • 10:09 - 29 İyun

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının 9-cu günündə 28 dəst medal sahibini tapacaq.

Avropa.info-nun APA-ya istinadən məlumatına görə, Azərbaycan idmançıları dörd növdə qüvvəsini sınayacaq.

Yunan-Roma güləşçilərimizdən üçü mübarizəyə start verəcək. Həmçinin üç karateçimiz medallar uğrunda mübarizə aparacaq.

Boksçu Alfonso Dominqes finalda qüvvəsini sınayacaq. İdman gimnastikasında isə İvan Tixonov çoxnövçülükdə medallar üçün mübarizəyə qoşulacaq.

Qeyd edək ki, iyunun 29-da daha dörd növdə yarışlar keçiriləcək. Bunlar badminton, çimərlik futbolu, velosiped idmanı və stolüstü tennisdir.

29 iyun
Boks
18:55. 81 kq, final
 

Alfonso Dominqes – Bencamin Vittaker (Böyük Britaniya)

Yunan-Roma güləşi

12:20. 87 kq, 1/8 final

İslam Abbasov – Nikolay Dobrev (Serbiya)

13:00. 97 kq, 1/8 final

Orxan Nuriyev – Daniel Qastl (Avstriya)

13:10. 130 kq, 1/8 final

Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)

İdman gimnastikası

15:00. Kişilər, çoxnövçülük

İvan Tixonov

Karate

10:20. Kişilər, kata

Roman Heydərov

12:00. Qadınlar, 68 kq

İrina Zaretska – Silviya Semeraro (İtaliya)

12:20. Qadınlar, 68 kq

İrina Zaretska – Alize Aqier (Fransa)

12:35. Qadınlar, 68 kq

İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)

13:30. Kişilər, 84 kq

Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)

13:50. Kişilər, 84 kq

Asiman Qurbanlı – Conatan Horne (Almaniya)    

14:05. Kişilər, 84 kq

Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)

 


Oxunma sayı: 6281

Oxşar yazılar