Ermənistanda hərbçi bıçaqlandı

  • 15:05 - 28 İyun

Ermənistan Müdafiə Nazirliyinin müqavilə əsasında xidmət edən 25 yaşlı hərbçisi ürək nahiyəsindən bıçaqlanıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Ermənistanın Armavir vilayətinin Şaumyan kəndində baş verib. 5 gənc kəndli hərbçiyə irad tutublar. Bundan sonra onlar arasında mübahisə yaranıb. Onlardan biri hərbçini bıçaqlayıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 7722

Oxşar yazılar