Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkumlar tutulub

  • 18:37 - 27 İyun

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində tədbirləri davam etdirir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Qəhrəmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq, yaşadığı evdən isə 2 kiloqram 245 qram marixuana, içərisində maye olan 1 ədəd şpris və bir elektron tərəzi aşkarlanaraq götürülüb. 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini X.Məmmədovdan 480 qram marixuana müəyyən ediblər. 

Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə əvvəllər məhkum olunmuş İ.Cəlilovun evindən 1 kiloqram 224 qram marixuana, heroin, 5 ədəd “Tramadol”, 10 ədəd “Prednizol”, 37 “Metadon” həbləri, habelə çətənə toxumları aşkarlanıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 6380

Oxşar yazılar