İki azərbaycanlı cüdo çempionunu qətlə yetirdilər

  • 18:23 - 27 İyun

Rusiyanın Tolyatti şəhərindəki “Levşa” kafesində qətl hadisəsi baş verib.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, cüdo üzrə Samara vilayətinin çempionu, idman ustası 27 yaşlı Yevgeni Kuşnir bıçaqlanaraq öldürülüb.

Dörd kişi arasında yaranmış mübahisənin səbəbi kənd təsərrüfatı mallarına görə borc olub. Kuşnir aldığı bir neçə bıçaq zərbəsindən dünyasını dəyişib.

Hadisə ilə əlaqədar şübhəlilərdən biri – 47 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb, daha bir nəfər axtarışa verilib. Hadisə yerindən qaçıb gizlənmiş şəxsin 31 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Hazırda onun da saxlanıldığı bildirilir.


Oxunma sayı: 13904

Oxşar yazılar