Mustafa Dənizli “Traktor Sazi”ni çempion etməyə söz verdi

  • 14:29 - 27 İyun

İranın Fars körfəzi pro-liqasında oynayan Təbrizin “Traktor Sazi” futbol klubuna türkiyəli peşəkar məşqçi Mustafa Dənizli başçılıq edəcək.

Avropa.info xəbər verir ki, klubun ilk məşqinə çıxan Mustafa Dənizli “Traktor Sazi” azarkeşləri tərəfindən alqışlarla qarşılanıb. Dənizli məşqi izləyən minlərlə tərəfdara tribunaya gedərək təşəkkür edib.

Türk məşqçi çempionluğu qazanmaq üçün çalışacaqlarını və bunu bacaracaqlarını deyib.

69 yaşlı Mustafa Dənizli “Traktor Sazi” ilə 5 illik müqavilə imzalayıb. O, daha əvvəl İranda “Proozi FC” və “Pas Teheran” klublarına məşqçilik edib. 


Oxunma sayı: 12243

Oxşar yazılar