Mingəçevirdə oğul ananı bıçaqlayıb
- 12:29 - 24 İyun
Mingəçevirdə oğul ananı bıçaqlayıb.
Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsi 10/1 ünvanında baş verib.
İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində həmin ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib.
Anasını bıçaqlayan şəxs artıq saxlanılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəhər sakini Tehran saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.