Bakı sakini avtomobillə qətl törətdi - Qəsdən

  • 12:09 - 24 İyun

Bakıda 31 yaşlı kişi qətlə yetirilib.

Report xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi VAZ-2107” markalı avtomobillə tanışı, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.

M.Baxşıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 6380

Oxşar yazılar