ABŞ-da atışma olub, ölən və yaralananlar var

  • 21:17 - 23 İyun

ABŞ-da atışma olub. 

Bu barədə yerli WSBT22 telekanalı məlumat yayıb. 

Məlumata görə, hadisə İndiana ştatında, Sautbend şəhərində, "Kelly's Pub" barında qeydə alınıb. 

Telekanal bildirib ki, polis hadisə yerində ağır yaralanmış bir nəfəri aşkarlayıb. O, xəstəxanaya aparılsa da, aldığı xəsarətdən orada ölüb. 

Yerli polisin "Twitter"də yaydığı məlumatda da bildirilir ki, hadisə zamanı 1 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb. "Yaralıların sayı 10 nəfərə çata bilər", - deyə şəhərin polis bölməsinin xəbərində qeyd edilir. 

İlkin məlumata görə, hadisə zamanı barda 100-ə qədər adam olub. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat yoxdur. 

 

 

report


Oxunma sayı: 6754

Oxşar yazılar