Kürdəmirdə silsilə oğurluq edən rayon sakini saxlanıldı

  • 12:39 - 21 İyun

Cari il may ayının 15-də MMC-lərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət daxil olub.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Avropa.info-ya verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib və oğurlanan ehtiyat hissələri maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin müxtəlif vaxtlarda 3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyat hissələrini oğurladığı məlum olub.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Oxunma sayı: 7095

Oxşar yazılar