Mişel Platini həbs olundu
- 12:43 - 18 İyun
UEFA-nın sabiq prezidenti Mişel Platini korrupsiya ittihamı ilə saxlanılıb.
Avropa.info xəbər verir ki, 63 yaşlı futbol funksionerin Nanterre şəhər məhkəməsinin antikorrupsiya şöbəsi tərəfindən saxlanıldığı bildirilir.
Platininin saxlanılması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının hüququnun bu ölkəyə verilməsi ilə əlaqələndirilir.