Gürcüstan hökuməti daha bir siyasi ekstremisti Azərbaycana təhvil verir

  • 23:40 - 17 İyun

Gürcüstann Daxili İşlər Nazirliyi Azərbaycan tərəfindən İnterpolun “qırmızı xətti” vasitəsilə axtarışa verilmiş Aftandil Məmmədovun saxlanılması barədə məlumat verib.

Virtualaz.org “Qruziya Onlayn”a istinadən xəbər verir ki, Gürcüstan DİN-in məlumatında deyilir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə görə, Aftandil Məmmədov dəfələrlə dələduzluq etməkdə ittiham olunur və bu maddə ilə “qırmızı xətlə” axtarışa verilib”.

DİN-də qeyd ediblər ki, Məmmədov hələlik Gürcüstandadır, lakin ekstradisiya proseduru keçildikdən sonra Azərbaycana göndərilə bilər.

Aftandil Məmmədovun saxlanılması barədə məlumatı ilk olaraq Marneuli şəhərinin yerli “Marneuli” radiosu saxlanılanın qohumlarına istinadən verib. Qeyd olunur ki, Məmmədov siyasi sığınacaq sorğusuna cavab gözlədiyi üçün Gürcüstanda olub. Bu məsələ üzrə məhkəmənin növbəti iclası iyunun 21-də keçiriləcək.

Xatırladaq ki, 2017-ci ildə də Gürcüstanın xüsusi xidmət orqanları Azərbaycana siyasi ekstremistləri təhvil vermişdilər, yerdə qalanları isə ölkədən qovulmuşdu.


Oxunma sayı: 13783

Oxşar yazılar