"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı 5-ə enib
- 22:40 - 17 İyun
“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.
Səpələnmişlər sırasında yer alan Azərbaycan təmsilçisinə "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və ya "Saburtalo" (Gürcüstan) komandalarından biri rəqib olacaq.
Qeyd edək ki, iyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.
report