Prokuror məşhur “avtoş”un qatilinə cəza istədi

  • 17:35 - 14 İyun

Bakıda qətl törətməkdə təqsirli bilinən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror çıxışında onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

İttihama görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Ötən il noyabrın 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.

Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub, "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib.

Belə ki, Cabirin dostu olan bir nəfər Ehtiramın qardaşı Vüqarın üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş təsadüfən Cabirə tuş gəlib.

İstintaq orqanı tərəfindən Ehtiram Şərifovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Cabir Babayev sosial şəbəkələrdə və "Youtube"də "avtoş" kimi tanınıb. Onun sosial şəbəkələrdə "avtoş"luq etməsi ilə bağlı video çarxları olub.


Oxunma sayı: 12166

Oxşar yazılar