9 evdən oğurluq edənlər tutuldu

  • 17:21 - 14 İyun

Kəpəz RPİ-nin əməkdaşları tərəfindən martın 12-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 3 evdən pul, bijuteriya, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini E.Cəfərov və Gəncə şəhər sakini İ.Hümbətov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, narkotik vasitə ilə tutulan A.Mirzəyevin ətrafında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 26-dan aprelin 23-dək olan müddətdə 4 həyətyanı sahədən inşaat materialları, məişət əşyaları və 25 ev quşu oğurlaması da müəyyən edilib.   

Bundan başqa Bakı şəhər BPİ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-nə keçən gecə Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 40 ev quşu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əhmədov, Bərdə rayon sakinləri N.Zərbəliyev və A.Cəbrayılov saxlanılıblar.   

Ətraflarında aparılan tədbirlərlə onların həmin gün daha 1 evin həyətindən 6 ev quşu oğurlamaları da müəyyən edilib. 


Oxunma sayı: 5346

Oxşar yazılar