Türkiyə hökumətindən İslandiyaya etiraz - Milli komanda ilə bağlı qalmaqal böyüyür

  • 11:42 - 10 İyun

Türkiyə futbol yığmasına qarşı İslandiya aeroportunda edilən hörmətsizliklə bağlı Türkiyə hökumət rəsmiləri ard-arda etirazlarını bildiriblər. 

Avropa.info xəbər verir ki, insidentlə bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter" səhifəsində açıqlama yayıb: 

"Milli komandamımızın İslandiya aeroportunda məruz qaldığı davranış diplomatik etik cəhətdən bə insani cəhətdən də qəbul edilə bilməz. Lazım gələni edəcəyimizdən millətimizin şübhəsi olmasın". 

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da hadisəyə "Tvitter" səhifəsində sərt reaksiya verib: 

"Milli komandamımıza qarşı İslandiyada edilən hörmətsizlik qəbuledilməzdir və lazımi cavab veriləcək. Diplomatik prosedura başlayıb. Dövlətimiz və millətimiz milli komandamızın yanındadır". 

Kalın ən gözəl cavabı milli komandanın meydanda verəcəyini bildirib. 

Qeyd edək ki,  futbol üzrə Türkiyə yıması 2020 Avropa Çempionatı çərçivəsində keçiriləcək oyun üçün İslandiyaya gedib. Keflavik aeroportunda enən komanda üzvləri pasport yoxlanışı ilə bağlı 3 saat gözlədilib, türk futbolçuların özəl əşyaları diqqətlə yoxlanılıb.  

Türkiyə yığmasının futbolçusu Əmrə Belözoğlu və Burak Yılmaz aeroportun çıxışında baş verənlərə etiraz etmək üçün reportaj verərkən bir nəfər Belözoğluya mikrofon yerinə tualet fırçası uzadıb. 


Oxunma sayı: 5588

Oxşar yazılar