Bu gün Millətlər Liqasının finalıdır

  • 19:10 - 09 İyun

Bu gün UEFA Millətlər Liqasının final qarşılaşması keçiriləcək.

"Dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşacaqlar.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.


Oxunma sayı: 4994

Oxşar yazılar