Bakıda qadını qətlə yetirib intihara cəhd edən şəxs tutulub
- 17:30 - 08 İyun
Bakıda qadını qətlə yetirib intihara cəhd edən şəxs tutulub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.
Cəhdin qarşısı alınıb, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib.
K.Mikayılova hadisə yerində ölüb.