Bakıda kişi sevgilisini öldürüb, özünü krandan atmaq istədi

  • 16:39 - 07 İyun

Bakıda intihara cəhdin qarşıs alınıb.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata götrə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

***

Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.

Avropa.info xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.

K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.

Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.

Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.

İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.


Oxunma sayı: 6677

Oxşar yazılar