Bərdədə polis həmkarını güllələdi

  • 15:44 - 03 İyun

Bərdə rayon Polis Şöbəsinin əməkdaşını həmkarını güllələyib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Şöbənin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı 1991-ci il təvəllüdlü Məmməd Məmmədzadə xidməti başa vurduqdan sonra silahını təhvil verərkən "Makarov" markalı silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində növbətçi köməkçisi, serjant Fərid Mehdiyevi vurub. F.Mehdiyev qolundan yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bərdə RPŞ-dən bildirilib ki, hadisə ilə bağlı onlar heç bir məlumat verə bilməzlər.


Oxunma sayı: 12232

Oxşar yazılar