Çempionlar Liqasının bombardiri məlum olub

  • 10:20 - 02 İyun

UEFA Çempionlar Liqasında 2018/2019 mövsümünün ən yaxşı bombardiri İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi olub.

Argentinalı hücumçu 10 oyuna 1-i penaltidən olmaqla 12 qol vurub.

İkinci yeri Hollandiya "Ayaks"ının serbiyalı forvardı Duşan Tadiç tutub. Tadiç təsnifat mərhələləri də nəzərə alınmaqla, 18 görüşdə 9 dəfə fərqlənib.

Üçüncü yer isə Almaniya "Bavariya"sının polşalı hücumçusu Robert Levandovskiyə qismət olub. Levandovski 8 oyuna 8 qol vurub.

İtaliya "Yuventus"unun portuqaliyalı qolçusu Kriştianu Ronaldu 9 qarşılaşmada 6 qolla kifayətlənib. Ronaldu İngiltərənin "Mançester Siti" komandasından Serxio Aqüero və Portuqaliya "Portu"sundan Mussa Mareqa ilə birgə 5 - 7-ci yerləri bölüşüb.


Oxunma sayı: 11682

Oxşar yazılar