"Çelsi"nin kapitanı: "Azarın gedişi bizim üçün kədərli xəbərdir"

  • 15:42 - 30 May

"Bu, çox qürürverici andır. Mövsümü titulla başa vurduğumuz üçün xoşbəxtəm. Bu gün xüsusilə ikinci hissədə əla performans göstərdik. Meydanda xarakter ortaya qoyduq və kuboka layiq olduğumuzu sübut etdik".

Bunu İngiltərənin "Çelsi" klubunun kapitanı Sesar Aspilikueta Avropa Liqasının Bakıda keçirilən finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

29 yaşlı müdafiəçi komanda yoldaşı Eden Azarın klubu tərk edəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "Əlbəttə, bu, bizim üçün kədərli xəbərdir. O, çox möhtəşəm insandır, komandamız üçün çox vacib futbolçudur və mənim ən yaxın dostlarımdan biridir. Azar həmişə arzusunun bir gün "Real Madrid də oynamaqdan ibarət olduğunu deyib. Azarkeşlər də onu çox sevir. Ümid edirəm ki, Eden "Real Madrid"də titullar qazanar".

Report


Oxunma sayı: 12287

Oxşar yazılar