Roberto Karlos batmaqda olan keçmiş klubuna pul verməkdən imtina etdi

  • 15:37 - 30 May

Roberto Karlos sabiq futbolçusu və baş məşqçisi olduğu maliyyə problemləri üzündən yox olmaq təhlükəsi üz Maxaçqalanın “Anji” klubuna yardım edə bilməyəcəyini deyib.

Avropa.info xəbər verir ki, Roberto Karlos klubun problemlərinin olduğunu, lakin kömək edə bilməyəcəyini deyib:

“Bilirəm, klubun problemləri var. Düşünürəm ki, komanda indiki halında öz mövcudluğuna son verəcək. Lakin ümid edirəm ki, rəhbərlik sponsorlar taparaq klubu professional statusda saxlaya biləcəklər. Şəxsən kluba kömək edə bilmərəm, lakin ümid edirəm ki, “Anji”də hər şey yaxşı olacaq”.

Qeyd edək ki, “Anji” 2018-2019 futbol mövsümü nəticələrinə görə, Rusiya premyera liqasında sonuncu yeri tutub. Klub gələn mövsümdən ikinci liqada çıxış edəcək.


Oxunma sayı: 10439

Oxşar yazılar