Avropa çempionu Rikardu Kuarejma Bakıya gəlib

  • 14:45 - 30 May

Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib. 

Bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O, 36 yaşlı yarımmüdafiəçinin nazir Azad Rəhimovla görüşəcəyini bildirib. 

Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasını, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub. 

Report


Oxunma sayı: 6732

Oxşar yazılar