Şirvan sakinindən tiryək və heroin götürüldü

  • 18:52 - 29 May

Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Nəriman Həşimov saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış zamanı ümumi çəkisi 213,903 qram olan narkotik vasitə tiryək və çəkisi 70,573 qram olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 


Oxunma sayı: 11011

Oxşar yazılar