Bakı Olimpiya Stadionunda oturacaqların sayı artırılaraq 70 minə çatdırılıb

  • 18:10 - 29 May

UEFA Avropa Liqasının final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda (BOS) oturacaqların sayı artırılaraq 70 minə çatdırılıb.

BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva Avropa.info-ya bildirib ki, media zonasında yeni oturacaqlar quraşdırılıb. Almaniyada istehsal olunan oturacaqlar BOS-un standartlarına uyğun hazırlanıb. Tribuna 330 yerdən ibarətdir. Bu, o deməkdir ki, media zonasında oturacaqların sayı ikiqat artırılıb.

“Jurnalistlərin rahat işləmələri üçün masalarda kiçik monitorlar quraşdırılıb. Tribuna printer aparatı, həmçinin yüksəksürətli internet və digər texniki avadanlıqla təchiz olunub”, - deyə C.Mehdiyeva əlavə edib.

Qeyd edək ki, London klubları “Çelsi” və “Arsenal” arasında keçiriləcək final oyunu mayın 29-da saat 23:00-da start götürəcək.


Oxunma sayı: 5137

Oxşar yazılar