"Qalatasaray" klubu Fateh Tərimlə yeni müqavilə imzalayıb

  • 12:20 - 26 May

Mayın 25-də İstanbulun "Qalatasaray" klubu çempionlunu qeyd edib.

Avropa.info klubun saytına istinadla xəbər verir ki, bununla bağlı təşkil olunan mərasimdə klub rəhbərliyi baş məşqçi Fateh Tərim ilə beş illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Superliqasında ilk dəfə 34 turda 69 xal toplayaraq ən az xalla çempion olan komanda kimi tarixə düşüb.

Xatırladaq ki, Fateh Tərim 2017-ci ildən İstanbul klubunu çalışdırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin


Oxunma sayı: 5379

Oxşar yazılar