Messi İspaniya Kubokunda rekorda imza atıb

  • 11:20 - 26 May

Kataloniyanın “Barselona“ klubunun hücumçusu Lionel Messi Sevilyada "Valensiya" ilə baş tutan final oyununda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, İspaniya Kubokunun rekordçusu olub.

Argentinalı finalda komandasının vurulan yeganə qolunun müəllifi olub.

Bununla da o, yarışın altı final oyununda qol vurmuş futbolçu olub. Forvard onlardan birində iki dəfə fərqlənərək 6 matça 7 qol vurub.


Oxunma sayı: 5676

Oxşar yazılar